Kaliforniyada atışma - 3 nəfər ölüb

ABŞ-ın Kaliforniya ştatında keçirilən sarımsaq festivalında kütləvi qətl hadisəsi baş verib. Hücumçunun açdığı güllə atəşi nəticəsində azı üç nəfər həyatını itirib.

Qilrou şəhərində baş verən hadisə ilə bağlı məlumat verən polis hücumçunun əlində tüfəng olduğunu bildirib.

İcmamız üçün belə bir xeyriyyə mahiyyətli tədbirdə bu faciənin baş verməsi olduqca kədərlidir.

15 nəfər yaralanıb. Lakin onların hamısının güllə yarası alıb-almadığı məlum deyil.

Qilrou polis idarəsinin rəisi Skot Smiti hücumçunun polis atəşi nəticəsində öldürüldüyünü bildirib.

O, həmin şəxsin çox güman ki, festival ərazisinə hasarı aşaraq keçdiyini deyib. Belə ki, fevstivala gələnlər yoxlanışdan keçib.

Polislər silahlı insidentin ardınca insanları ərazidən evakuasiya edir.

Könüllülərin iştirakı ilə keçirilən üçgünlük tədbirin məqsədi vəsait toplayaraq, müxtəlif təşkilatlara yardım etməkdir.

"Öz vaxtlarını başqalarına yardım etmək üçün fəda edən bu qədər adamın mövcudluğu çox gözəl haldır. Ona görə də məhz icmamız üçün belə bir xeyriyyə mahiyyətli tədbirdə bu faciənin baş verməsi olduqca kədərlidir," Smiti deyib.