Cümə axşamı səhər saatlarında Kaliforniyanın cənub bölgəsində, Los-Ancelesdən 182 km. şimal-şərqdə baş verən 6.4 bal gücündə zəlzələ zamanı yüngül yaralananlar olub.
Yerli vaxtla səhər saat 10:33-də baş verən zəlzələ əsasən 29,000 əhalisi olan Ridckrest şəhərini sarsıdıb.
4 iyul zəlzələsi Kaliforniyada son 25 ildə qeydə alınan ən qüdrətli zəlzələ sayılır.
Yeraltı təkanlar Los-Anceles şəhərinin cənub bölgəsində də hiss olunub.
Zəlzələnin episentri yaxınlığında minlərlə sakin elektriksiz qalıb, bir ev isə yanıb.
Kaliforniya qubernatoru Qavin Nyusom fövəladə bəyannamə imzalamış, şəhər meri Peggi Briden isə fövqəladə vəziyyət elan etmişdir ki, bu da ştata federal agentliklərdən yardım almaq imkanı verir.
Ridckrest regional hospitalı evakuasiya planını icra etməyə başlayıb. Yerli medianın yaydığı məlumata əsasən azı 15 xəstə digər qəsəbələrə köçürülüb.
Paytaxt Vaşinqtonda Müstəqillik Günü mərasiminə qatılmağa hazırlaşan prezident Donald Tramp Twetter səhifəsində Kaliforniyada vəziyyətin nəzarət altında olduğunu bildirib.
Bu, Kaliforniyanın cənubunda son 25 ildə baş verən ən güclü zəlzələ idi. Lakin ekspertlər bu gücdə zəlzələnin adətən hər 10 ildə 1 baş verdiyini deyirlər.