Şənbə günü Kabildə cümə günü baş verən etirazlar zamanı həyatını itirən qanunvericinin oğlunun dəfn mərasimində baş verən üç partlayış nəticəsində azı 10 nəfər ölüb.
Senator Alam Ezadyarın oğlunun dəfn mərasimində bir neçə hökümət rəsmisi ilə parlament üzvü, o cümlədən Əfqanıstanın baş icraçısı Abdullah Abdullah iştirak edirdi.
Cənazəyə hücum cümə günü başlayan etirazlardan sonra Kabulun böyük hissəsində küçələrin bağlanmasından sonra baş verib. Cümə günü Kabildə daha yaxşı təhlükəsizlik tədbirləri tələb edən etirazçılarla iğtişaş polisi arasında baş verən qarşıdurma nəticəsində azı dörd əfqan həyatını itirib.
Şahidlər deyir ki, polis yüzlərlə daş atan etirazçını dağıtmaq üçün havaya atəş açıb.
Çərşənbə günü, Ramazan ayının başlanğıcında Kabildə yük maşınına yerləşdirilən bomba hücumundan sonra ictimai qəzəb artıb. 2001-ci ildən bəri ən ölümcül hücumlardan biri sayılan bu hücumda 90 nəfər ölüb, 450 nəfər yaralanıb.
Cümə günü mindən çox nümayişçi partlayışın olduğu yerdə toplaşaraq, prezident sarayına tərəf yürüyərək, Əfqanıstan hökümətinin istefasına çağırıb. Bəzi nümayişçiləri prezidnet Əşrəf Qaninin şəkillərini yandırıb.
İğtişaş polisi etirazçıları geri çəkmək üçün təzyiqli sudan istifadə edib və havaya atəş açıb. Xəstəxana işçiləri azı dörd nəfərin öldüyünü deyir.
Heç bir hücuma görə məsuliyyəti hələ ki, üzərinə götürən olmayıb.