Kabilin polis rəisi istefa verib

Əfqanıstan paytaxtı Kabilin polis rəisi Talibanın ABŞ qüvvələri, səfirlik avtomobilləri və qonaq evləri də daxil olmaqla, xarici obyektlərə ardıcıl hücumlarından sonra istefa verib.

Bu gün rəsmilər Kabildə qonaq evində Cənubi Afrika Respublikasından bir kişi, iki uşağın və bir əfqan kişinin öldürülməsini təsdiq etməsindən bir neçə saat sonra polis rəisi general Məhəmməd Zahir istefa ərizəsini təqdim edib.

Hökumət və ordu rəsmiləri jurnalistlərə bildiriblər ki, dünən 3 silahlı şəxs parlament binası yaxınlığındakı qonaq evina basqın edərək bir neçə saat atəş açıb və binaya nəzarəti ələ keçirməyə çalışıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Sediqqinin sözlərinə görə, silahlılardan ikisi öldürülüb, üçüncüsü isə partlayıcıları bədəninə bağlayaraq özünü partladıb.

Təhlükəsizlik qüvvələri girov götürülən 8 nəfəri xilas edə bilib.

Hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb.