Kabildə iki polis bölməsində partlayışlar törədilib

Əfqanıstan rəsmiləri paytaxt Kabildə azı üç intiharçı bomba hücumçusunun iki polis bölməsində partlayışlar törətdiyini bildirib. Partlayışlar nəticəsində azı altı nəfər yaralanıb.

Əfqanıstanın Daxili İşlər nazirliyinin bildirdiyinə görə, bir neçə militant birinci hücumu şəhərin qərbindəki polis qərargahında atışmadan sonra partlayış törədib. İki polis işçisinin öldürüldüyü bildirilir.

Rəsmilər bildirib ki, ikinci hücum şəhərin mərkəzində bir sıra qeyri-hökumət təşkilatları və çoxmillətli şirkətlərin ofislərinin yerləşdiyi hissəsindəki polis bölməsinin girişində törədilib.

Silahlı şəxslərin yaxınlıqdakı binalarda gizləndiyi və təhlükəsizlik qüvvələrin onların axtarışını davam etdirdiyi bildirilir.

Polis ərazidəki insanları təxliyyə edib.

Hücuma görə məsuliyyəti hələlik üzərinə götürən olmayıb. Lakin Taliban qüvvələri və İslam Dövləti qrupunun militantları Əfqanıstanın Qərb tərəfindən dəstəklənən hökuməti və təhlükəsizlik qüvvələrini tez-tez hədəf alır.