Bu gün Kabil xəstəxanası yaxınlığında maşına yerləşdirilmiş bomba partlayışı 3 adamın ölümünə səbəb olub. Ölənlərin sayının artacağı təxmin edilir.
Hadisə yerindən verilən məlumata görə, hücumçu xarici qüvvələrin yaşayış bölgəsini hədəf alıb.
Ölənlərin mülki vətəndaşlar olduğu bildirilsə də, Əfqanıstanın Xarici İşlər Nazirliyi 10 nəfərin həlak olduğunu və onlar arasında 1 xaricinin olduğu deyilib.
Hadisə zamanı bir neçə adam xəsarət alıb, onlarla maşın sıradan çıxıb.
Partlayış Kabildə həyata keçirilən hücumların sonuncusudur.
Taliban son zamanlar ABŞ və NATO qüvvələrinə qarşı hücumlarını artırıb.
Son hücumun məsuliyyətini üzərinə alan olmayıb.