Kabildə intiharçı hücumu nəticəsində 10 nəfər həyatını itirib

Əfqanıstanın paytaxtı Kabildə intiharçı hücumu nəticəsində 10 nəfər həyatını itirib, bir çox adam yaralanıb. Hadisə siyasi tədbir zamanı baş verib.

Şəhər polisinin sözçüsü Amerikanın Səsinə bildirib ki, öldürülənlər arasında 8 təhülkəsizlik zabiti və 1 yüksək rütbəli polis komandiri olub.

Hücumçu Balxş vilayətinin qubernatoru Əttah Məhəmməd Nurun xidmətlərinin şərəfləndirilməsi tədbirinə daxil olmağa cəhd edib, lakin ciddi təhlükəsizlik ölçülərinə görə təhlükəsizlik postu yaxınlığında özünü partladıb.

Təhlükəsizlik mənbələrinə istinad edən yerli media mülki vətəndaşlar da daxil olmaqla, 18 adamın həlak olduğunu bildirib.

Hücumun məsuliyyətini İŞİD üzərinə götürüb.

Güclü regional lider kimi tanınan Nur Cəmati-İslam partiyasının aparıcı üzvlərindəndir. Bu yaxınlarda o, 3 siyasi partiyanın daxil olduğu alyans yaradıb. Buraya general Əbdül Rəçid Dostumun Cambiş partiyası da daxildir.

Kabil bu il yüzlərlə insanın ölümü ilə nəticələnən bomba hücumlarına səhnə olub.

Bütün bu hücumların məsuliyyətini Taliban və İŞİD daşıyır.