Jurnalistlər üçün ən təhlükəli 13 ölkənin adı açıqlanıb

Jurnalistləri Müdafiə Komitəsi ardıcıl 7-ci ildir İraqı siyahıda birinci yerdə göstərir
Mətbuat azadlığını təbliğ edən qrup bildirir ki, İraq jurnalistlərin ən çox qətlə yetirildiyi ölkə olaraq qalır.

Ənənəvi Cəzasızlıq İndeksini açıqlayan Jurnalistləri Müdafiə Komitəsi (JMK) ardıcıl 7-ci ildir İraqı siyahıda birinci yerdə göstərərək son 10 ildə 100-dən çox jurnalist qətlə yetirilsə də, günahkarlar cəzalandırılmadığını bildirib.

İkinci yerdə olan Somalidə keçən il daha dörd jurnalist qətlə yetirilib. JMK bildirir ki, Yalnız bir nəfər qətllərə görə mühakimə olunub. O, 27 nəfərin kütləvi qətlində ittiham olunub.

Siyahıya 13 ölkə daxil edilib və bu ölkələrdən 2005-ci ildən bəri ən azı 5 jurnalistin qətlinin üstü açılmadan qalıb.

Bu il ilik dəfə siyahıya Suriya da daxil olub. Burada 7 jurnalist qəsdən törədilən hücum nəticəsində qətlə yetirilib və qatillər cəzasız qalıb. Bundan başqa bu ilin fevralında JMK bəyanat açıqlayaraq Suriyanı jurnalistlər üçün dünyada ən təhlükəli yer kimi göstərmişdi.

Siyahı belə formalaşıb:
1.İraq
2. Somali
3.Suriya
4. Filippin
5. Şri-lanka
6. Əfqanıstan
7. Meksika
8. Kolumbiya
9. Pakistan
10. Rusiya
11. Braziliya
12. Nigeriya
13. Hindistan