Jurnalistin apellyasiya şikayəti təmin edilməyib

İkram Rəhimov

Dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsi realliq.info saytının həbsdə olan redaktoru İkram Rəhimovun şikayətini təmin etməyib.

İkram Rəhimov Səbail Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin müddətinin 2 ay 28 gün artırılması barədə qərarından şikayət verib.

Jurnalist həbs müddətinin artırılması üçün hüquqi əsasların olmadığını

"Mən bundan öncə də məhkəmənin, istintaqın çağırışlarına zamanında gəlmişəm. Yaşayış yerim də bəllidir. Məhkəməyədək həbsdə, özü də istintaq edən orqanın təcridxanasında saxlanılmağım qanuni deyil," Rəhimov sədrli edən hakimin diqqətinə çatdırıb.

Jurnalist sağlamlıq durumunun qənatəbəxş olmadığını deyib və Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılmasına etiraz edib bildirilir.

"Bakı İstintaq Təcridxanasına köçürülməyimin təmin olunması üçün müraciətlər etmişəm. İstintaq məni burda təzyiq altında saxlayır," Rəhimov məhkəmədə deyib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrlik etdiyi məhkəmə kollegiyası isə şikayəti təmin etməyib.

Jurnalist Avropa Məhkəməsinə şikayət edəcəyini deyib.

Səbail Rayon Məhkəməsi dekabrın 20-də İkram Rəhimovun həbs müddətini 2 ay 28 gün uzadıb.

İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

O, həbsindən öncə Azərbaycan prezidentin köməkçisini tənqid etdiyinə görə izlənildiyini bildirib.

Prezidentin köməkçisi jurnalistin dediklərinə münbasibət bildirməyib. Ancaq Mətbuat Şurası onun açıqlamalarını əsassız sayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında İkram Rəhimov başqalarından pul tələb etməkdə günahlandırılılır.

"İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib".

İkram Rəhimov 2016-cı ildə böhtana görə 1 il müddətinə azadlıqdan məhrum edilib, sonra vaxtından əvvəl azadlığa buraxılıb.