Los Anjelesdə jurnalistlərin yeni nəsli yetişdirilir [Video]

Your browser doesn’t support HTML5

İnternet və sürətlə inkişaf edən texnologiya jurnalizm və auditoriyanı kəskin şəkildə dəyişib

İnternet və sürətlə inkişaf edən texnologiya jurnalizm və auditoriyanı kəskin şəkildə dəyişib. İndi əvvəllər olmadığı qədər xəbər çatdırmaq üsulu mövcuddur. Los Anjeles məktəblərinin birində jurnalistlərin yeni nəsli yetişdirilir.

Faih Miller kollecdə jurnalistikadan təhsil almaq istəyirdi. Lakin bunu belə təsəvvür etmirdi. “Mən məktəbdə əsl xəbər hazırlayacağımı gözləmirdim. Bunun nə qədər əmək tələb etdiyini də bilmirdim.”

Keçmiş nəsildən fərqli olaraq, Cənubi Kaliforniya Universitetinin Anneberq məktbəi televiziya da daxl edilməklə, müxtəlif platformalarda jurnalizmi tədris edir.

Buraya radio və veb də daxildir. Jurnalizm məktəbinin direktoru Villou Beyin dediyinə görə, iş bununla bitmir. “Bu gün jurnalistlərdən texnologiyanın bütün alətlərindən istidafə etmələrini gözləyirik. Onlardan məlumatı şərh etmək qabiliyyətini nümayiş etdirmələri, multimedia, marketindən istifadə etməklə hekayələrini auditoriyaya çatdırmalarını və onları mümkün qədər geniş sahəyə yaymalarını tələb edirik.”

Bütün bunlar yeni medianın tərkib hissəsidir. Tələbə jurnalistlər gələcəyin xəbər mərkəzində bu təcrübəyə yiyələnir. Onlar həm də sadə kompüter proqramlarını öyrənirlər.

“Onlar vebin neçə işlədiyini bilməlidirlər.”

Rəqəmsal jurnalizm professoru Robert Hernandez reportyorların müxtəlif üsullarla veb reportajları hazırladıqlarını göstərir. “Telefon vasitəsi ilə 360 dərəcəli panorama düzəltmək mümkündür. Tornadolar, onların ağacları kökündən necə qopardığını göstərə bilərsiniz.”

Tələbələr bundan əlavə internetlə video və audionu birləşdirən Google Glass-dən də istifadə edir.

Will Federman rəqəmsal və çap jurnalistikası üzrə təhsil alır. "Düşünərim bu kimi səriştələrə yiyələnmədən hazırkı marketdə yer almaq müükün deyil. Hər şeydən bir az bilmək iş tapmaqda çətinlik yarada bilər.”

Media mərkəzinin icraçı direktoru Serena Çanın dediyinə görə, gələcək jurnalistlər yeni texnologiya ilə diqqətli olmalıdır. “Jurnalizm arenası diqqət tələb edir. Biz tələbələrə imkanlardan səmərəli istifadə edilməsini öyrədirik. Bəli, yeni texnologiya yeni suallar doğurur. Belə ki, onlarla reallığın monipulyasiyası mümkündür.”

Yeni texnologiya ilə yanaşı tələbələr dəqiq, ədalətli və balanslaşdırılmış şəkildə yazı qaydaları kimi ənənəvi jurnalistikanın sirlərini də öyrənməlidir.