“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu və “Turan” agentliyinin əməkdaşı Etimad Budaqov Daxili İşlər Nazirliyində ifadə verib
Daxili İşlər Nazirliyi sosial şəbəkə fəallarının təşəbbüsü ilə noyabrın 17-də Bakıda Fontanlar meydanında keçirdiyi aksiya zamanı fiziki təzyiqə məruz qalmış jurnalistlərlə bağlı təhqiqata başlayıb. Noyabrın 22-də aksiya zamanı təzyiqə məruz qalmış “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu və “Turan” agentliyinin əməkdaşı Etimad Budaqov Daxili İşlər Nazirliyində ifadə veriblər.
Jurnalistlər Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, DİN-də Daxili Təhqiqatlar İdarəsinin rəisi Möhübbət Hüseynov onları qəbul edib. M.Hüseynov jurnalistlərə deyib ki, nazir Ramil Usubov jurnalistlərə qarşı təzyiq göstərmiş şəxslərin cəzalandırılması ilə bağlı göstəriş verib.
Hər iki jurnalist bu gün nazirlikdə ifadə verib. “İndiyədək jurnalistlərə qarşı təzyiqlə bağlı heç kim cəzalandırılmayıb. Ümid edirik və inanırıq ki, bu dəfə günahkarlar cəzalandırılacaq”, - deyə hər iki jurnalist qeyd edib.
Your browser doesn’t support HTML5