Jurnalist Əfqan Sadıqovun işi üzrə məhkəmə iclası keçirilib

Your browser doesn’t support HTML5

Sentyabrın 1-də Bakı Ağır Cinayətlər məhkəməsində "Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun işi üzrə hazırlıq iclası keçirilib. Əfqan Sadıqov mayın 13-də saxlanılıb. Binəqədi Rayon Məhkəməsi onu hədə-qorxu ilə əmlak tələb etmək ittihamı ilə 4 ay müddətinə həbs edib. İstintaqın bildirdiyinə görə, Əfqan Sadıqov xəbərfakt.az saytının redaktoru Sakit Muradov ilə birlikdə 10 min manat rüşvət alarkən cinayət başında saxlanılıb. Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilərək Sadıqovun barəsində məhkəmənin qərarı ilə həbs, Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.