Jurnalist Əfqan Sadıqovun apelyasiya şikayəti təmin edilməyib

Your browser doesn’t support HTML5

İyulun 27-də “Azel TV”nin baş redaktoru Əfqan Sadıqovun həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə verilmiş apelyasiya şikayətinə baxılıb. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. Əfqan Sadıqov mayın 13-də həbs edilib. O, Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunur. Binəqədi rayon Məhkəməsi mayın 13-də Sadıqov barəsində dörd aylıq həbs qəti imkan tədbiri seçib. Jurnalist öz ifadəsində şərləyəndiyini bildirib.