Vəkil: Tarixdə az rast gəlinib - dustaq vəkilin hüququnun müdafiəsi üçün aclıq edir

Əfqan Muxtarlı

"16 saylı Cəzaçəkmə Müəsisəsində saxlanılan Əfqan Muxtarlının cərimə təcridxanasına salınması ilə bağlı xəbərlərin əsası yoxdur. Əfqan Muxtarlı sentyabrın 22-də aclığa başlaması ilə bağlı təcridxana rəhbərliyinə müraciəıt edib və həmin andan qanunvericiliyə uyğun olaraq digər məhkumlardan təcrid edilərək müəssisənin tibb-sanitar hissəsinə köçürülüb. O həkim nəzarətindədir. Səhhəti hazırda normaldır."

Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər.

SEE ALSO: Əfqan Muxtarlı həbsxanada aclığa başlaması ilə bağlı bəyanat yayıb

Nemət Kərimli (Foto Nemət Kərimlinin facebook səhifəsindən götürülüb)

Sentyabrın 21-də vəkil Nemət Kərimlinin fiziki təzyiqə məruz qalması və onun qeydlərinin məxfiliyinin pozulmasına etiraz olaraq aclığa başlaması barədə sosial şəbəkələrdə Əfqan Muxtarlının bəyanatı yayılıb.

Vəkil Nemət Kərimli sentyabrın 24-də cəzaəçəkmə müəssisəsində Əfqan Muxtarlı ilə görüşüb. O, Amerikanın Səsinə müsahibəsində bildirib ki, jurnalist sentyabrın 22-dən aclığa başlayıb və aclığı davam etdirir.

Your browser doesn’t support HTML5

Vəkil: Tarixdə az rast gəlinib - dustaq vəkilin hüququnun müdafiəsi üçün aclıq edir

“Səhhətində xüsusi təhlükəli olmasa da, problemlər yaranıb,” vəkil qeyd edib.

Nemət Kərimlinin sözlərinə görə, jurnalistin cərimə təcridxanasına salınması ilə bağlı yayılan məlumatlar düzgün deyil.

“Qanunvericiliyə uyğun olaraq, o digər məhbuslardan təcrid olunaraq ayrıca otağa yerləşdirilib. Muxtarlının özü saxlanılma şəriatindən narazı deyil. Penitensiar Xidmət də onunla maraqlanır.”

O, vəkilinə qarşı edilmiş zorakılığın araşdılmasını tələb edir.

“Onun istəyi vəkillərə qarşı zorakılığın olmaması və onların hüquqlarının pozulmamasıdır. Bu, analoqu olmayan bir tələbdir. Bəlkə də tarixdə az təsadüf edilən hadisədir ki, dustaq vəkilinin hüquqlarını müdafiə etmək üçün aclıq edir,” vəkil qeyd edib.

Çıxaracaqsınız çıxarın, həbs edəcəksinizsə həbs edin. Bəs, mənə niyə `xox` gəlirsiniz. Vəkillər Kollegiyası vəkili müdafiə etmək əvəzinə, araşdırmada birtərəfli mövqe tutur.
Nemət Kərimli, vəkil


Nemət Kərimli jurnalistən aclığı dayandırmasını xahiş edib.

“O, şəkər xəstəsidir və qan təzyiqindən əziyyət çəkir. Bu səbəbdən aclığı dayandırmasını xahiş etdim. Amma, o aclığı davam etdirir.”

Vəkil Vəkillər Kollegiyasının onunla bağlı açıqlamasına da münasibət bildirib.

“Qəribədir ki, mən bəyanat yayandan iki gün sonra saat 23.45-də Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat yayıb və mənə də müəyyən qədər `xox` gəlib. Yazır ki, Nemətlə əlaqə saxlaya bilməmişəm, amma araşdırmışam məlumat yalandır. Araşdrıma ikitərəfli olmalıdr, məndən də, qarşı tərəfdən də soruşulmalıdır. İkincisi, yazır ki, əgər məlumatlar dəqiqləşməsə, digər tərəf müraciət etsə vəkillə bağlı məsələni müzakirə edə bilərik. Mənə `xox` gəlir. Çıxaracaqsınız çıxarın, həbs edəcəksinizsə həbs edin. Bəs, mənə niyə `xox` gəlirsiniz. Vəkillər Kollegiyası vəkili müdafiə etmək əvəzinə, araşdırmada birtərəfli mövqe tutur,” Kərimli bildirib.

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidən gizlincə Azərbaycana göndərilərək həbs edildiyini bildirib. Sonradan məhkəmə onu qaçaqmalçılıq və sərhədçiyə qarşı güc tətbiq etmək ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edib.

Beynəlxalq Amnesty İnternational təşkilatı Əfqan Muxtarlını "vicdan məhbusu" kimi tanıyıb.