Jurnalist zorakılığa məruz qaldığını bildirir

Jurnalist Aytac Əhmədova polis bölməsində fiziki zorakılığa məruz qaldığını bildirir.

Əhmədova oktyabrın 3-də Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində bir qrup sakinin mənzil şəraitinə etiraz olaraq avtomobil yolunu bağlamasını lentə alıb.

Mənimlə hədələmə üslubunda danışırdı. Mənə qarşı edilən zorakılıqdan sonra qışqırdım, rəis İsmayıl Məmmədovun yanına apardılar.

"Polislər çəkilişi dayandırmağımı tələb etdilər. Jjurnalist olduğumu bildirsəm də məni Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirdilər".

Jurnalistin dediyinə görə, bölmənin dəhlizində mülki geyimdə olan bir şəxs ona şillə vurub.

"Mənimlə hədələmə üslubunda danışırdı. Mənə qarşı edilən zorakılıqdan sonra qışqırdım, rəis İsmayıl Məmmədovun yanına apardılar. O mənimlə normal söhbət etdi", jurnalist bildirib.

Əhmədova polis bölməsində çəkdiyi videogörüntülərin silindiyini bildirib.

Jurnalistdən izahat alınıb, baş verənləri orada qeyd etdiyini bildirib. A.Əhmədova həmçinin polis bölməsində baş verənlərlə bağlı ayrıca şikayət edəcəyini deyib.

Əhmədovanın açıqlamasına rəsmi qurumlar hələ münasibət bildirməyib.

Öz növbəsində media hüququ üzrə ekspert Xalid Ağəliyev jurnalist Aytac Əhmədovaya qarşı edilən polis təzyiqinə münasibət bildirib.

Polis nəzarətində baş verən zorakılıqlar insan haqları müdafiəçiləri tərəfindən tənqid olunur.

“Avropa Şurasının “Jurnalistlərin həyatına və ifadə azadlığına hədə-qorxular” adlı qətnaməsində yazılır ki, üzv ölkələr jurnalistlərin bütün qətl hallarını, eləcə də zorakılıq aktlarını, onların ünvanına fiziki hədələrin təxirəsalınmaz təhqiqatını aparmalıdırlar. Bu, üzv ölkələrin Avropa Konvensiyasının 2 və 10-cu maddələri ilə üzərlərinə götürdükləri öhdəliklərdən irəli gəlir. Həm də, jurnalistlərin öz həyatlarından və təhlükəsizliklərindən ehtiyatlandıqları yerlərdə demokratiya üçün ciddi qorxular vardır.

“Ölkəmizin də altına imzasını qoyduğu bu öhdəlikləri jurnalistlər hər dəfə zorakılığa məruz qalanda xatırlamalı oluruq. Bu dəfə də onları yadımıza jurnalist Aytac Əhmədovaya qarşı polis zorakılığı saldı.

Ölkəmizin də altına imzasını qoyduğu bu öhdəlikləri jurnalistlər hər dəfə zorakılığa məruz qalanda xatırlamalı oluruq.

Jurnalist peşə fəliyyətini yerinə yetirərkən - etiraz aksiyasından çəkiliş edərkən polis əməkdaşının hücumuna məruz qalıb, ona fiziki təzyiq edilib, saxlanılıb, polisə aparılıb. Hər bir jurnalistin ictimai maraq dairəsində olan belə olayları işıqlandırmaq, onun təfərrüatlarını incələmək, hansı səbəblərdən baş verdiyini araşdırmaq, aidiyyəti olanlardan bilgi istəmək və s. haqları var. Eyni zamanda, hər bir ölkə vətəndaşı da belə bilgiləri vaxtında, ətraflı və doğru alma haqqına sahibdir, jurnalistlər məhz vətəndaşların bu haqqını təmin etmək vəsifəsini yerinə yetirirlər deyə o öz “Facebook” səhifəsində yazıb.

Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aytac Əhmədovanın Zabrat qəsəbəsində çəkiliş apararkən polis təzyiqinə məruz qalması haqda dediklərinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Orxan Mansurzadə «Report» agentliyinə jurnalistin polisə aparıldığını təsdiqləyib. Ancaq o, iddia edib ki, jurnalist polisin qanuni vəzifələrini yerinə yetirməsinə maneçilik törədib:

Avropa Şurasına üzv olaraq Azərbaycan öz üzərinə insan haqlarına riayət edilməsi barədə öhdəliklər götürüb.

"Bir qrup şəxs Zabrat qəsəbəsində nəqliyyatın hərəkətinin intensiv olduğu ərazidə yolu bağlamağa və ictimai asayişi pozmağa cəhd göstərən zaman sözügedən xanım həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısını alan polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələrinə maneçilik törədib. Jurnalist olduğunu iddia edən, lakin şəxsiyyətini və harada işlədiyini təsdiqləyən sənəd təqdim etməyən həmin xanım saxlanılaraq sonrakı araşdırmalar üçün Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparılıb."

DİN sözçüsünün sözlərinə görə, bölmə rəisi jurnalistlə müvafiq profilaktiki söhbət aparıb və o, sərbəst buraxılıb:

"Ona qarşı hər hansı təzyiq göstərilməsindən söhbət gedə bilməz. Bütün hallarda onunla mövcud qanunvericiliyin tələbləri çərçivəsində rəftar olunub. Buna rəğmən, Aytac Əhmədovanın guya zorakılığa məruz qalması barədə açıqlamaları ictimai rəyi çaşdırmağa və polisin işgüzar nüfuzuna xələl gətirməyə yönəlmiş bir addım, qara piardır."