Aksiyada “Yeni Müsavat” qəzetinin, Turan agentliyinin, “Mediaforum” saytının və RATİ-nin əməkdaşları fiziki təzyiqə məruz qalıb
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bəyanatında şənbə günü Bakının mərkəzində keçirilmiş müxalifətin mitinqi zamanı media nümayəndələrinə qarşı düşünülmüş və planlaşdırılmış hücumu qətiyyətlə pisləyir. 20-dən çox jurnalist polis tərəfindən saxlanılıb və aksiyanın keçirildiyi yerlərə buraxılmayıb.
Bundan başqa, aksiya zamanı “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu, Turan agentliyinin fotomüxbiri Etimad Budaqov, “Mediaforum” saytının işçisi Amid Süleymanov və RATİ reportyoru Rasim Əliyev fiziki təzyiqə məruz qalıb. Onlar hamısı üzərində “Press” yazılan fərqləndirici jilet geymişdilər. Lakin bu, polislərin jurnalistləri əl və ayaqla döyməsinə mane olmayıb.
RATİ hakimiyyəti jurnalistlərə qarşı zorakılıq törətmiş polisləri cəzalandırmağa, gələcəkdə belə hallara yol verməməyə çağırır.