Memorial Muzeyində jurnalistlərin xatirəsi anılıb
Jurnalistlərin Memorial Muzeyində həlak olan və ya öldürülən jurnalistlər, fotoqraflar, və redaktorlarların xatirəsi anılıb. Vaşinqtonda təşkil edilən tədbirdə 2013-cü ildə vəzifə borcunu yerinə yetirərkən həlak olanların siyahısı açıqlanıb.
Newseumda 1837-ci ildən 2013-cü ilədək vəzifə borcunu yerinə yetirərkən həlak olan 2 200 insanın xatirəsi anılıb. Muzeyin işçisi Cin Polisinskinin dediyinə görə, bu insanlar təhlükə və verilən qurbanların təcəssümüdür. “Burada filippinli, rusiyalı jurnalistlərin adı yer alır ki, onlar döyülərək öldürülən insanlardır. Biz məlumat yaydığına görə öldürülən bu insanları tanımaya bilərik, lakin onların həyatları bahasına bizi təmsil etdiyini bilməliyik.”
Katlin Karroll Associated Press-in vitse-prezidentidir.“Onlar kiminsə xoşuna gəlməyən şəkillər, videolar çəkib. Onlar kimlərinsə nalayiq hesab etdiyi suallara cavab axtarıb. Onlar kimlərəsə xoş gəlməyən yazılar yazıb.”
Karroll deyir ki, jurnalistlərin öz ölkələri və ya xaricdə çalışmalarından asılı olmayaraq, onlar bəzilərinin gizli saxlamaq istədiyi dünya məsələrini ifşa edir.
Mik Din onlardan biri idi, britaniyalı Sky News-un video-operatoru Misirdə sabiq prezident Məhəmməd Mursinin tərəfdarları ilə təhlüksizlik qüvvələri arasındakı qarşıdurma zamanı güllə atəsinin qurbanı olub.
Newseum tədbirinə onun xanımı və oğulları da qatılıb. “Bu kimi tədbirlər onlarla niyə fəxr etdiyimizi göstərir. Bu insanların ailələri və dostları biz atamızla fəxr etdiyimiz kimi onlarla fəxr etməlidir.”
2013-cü ildə öldürülən jurnalistlər siyahısına Malinin üsyançı lideri ilə müsahibə aparan Qislin Dupond və Klod Verlon, Braziliyada yazıları ilə polis rüşvətxorluğunu ifşa edən Rodriqo Neto, Filippində güllə ilə vurulan Fernando Solihon daxildir. Polisinski deyir ki, onlar unudulmamalıdır.“Planetimiz boyunca jurnalistlər həyatlarını təhlükə altına qoyaraq bizi məlumatla təmin etməyə çalışır. Biz ümid edirik ki, bu memorial dünyanı bir saniyə düşünməyə, jurnalizmin rolunun nə dərəcədə təhlükəli olduğunu düşündürməyə vadar edir.”
Newseumun bildirdiyinə görə, bu il yeni öldürülən jurnalistlərin adlarının açıqlanması tanınmalarından asılı olmayaraq bütün jurnalistlərin təmsili deməkdir. Beynəlxalq jurnalistlərin müdafiə təşkilatları 2013-cü ildə 77 jurnalistin öldürüldüyünü bildirir.