Dünyadan görüntülər

Pakistan, Peşəvarda yağış zamanı üzlərini plastik torba ilə örtmüş oğlanlar araba sürür. 
 

Malta, Bahar İc-Caghaq kəndi yaxınlığındakı 17-ci əsrə aid Müqəddəs Mark Qalasının üzərində C/2020 kometası görünür.  

 

Hindistan, Mumbay - Üzərində qoruyucu vasitələr olan bələdiyyə səhiyyə işçiləri Bollivud aktyoru Amitab Baçan özü və oğlu, aktyor Abişek Baçanın koronavirus testinin müsbət nəticə verdiyini bildirməsindən sonra onun iqamətgahını dezinfeksiya etmək üçün binaya daxil olmağa hazırlaşır. 

Bosniya-Herseqovina, Srebrenitsa yaxınlığındakı Potoçari kəndində qadın kütləvi məzarlığı ziyarət edir. İyulun 11-də Srerenitsada 8000-dən çox bosniyalı kişi və oğlanın qətliamının 25 ili tamam oldu. 

Britaniyalı Lüis Hamilton Avstriyada Şpilberqdə Formula 1 Qran Pri yarışlarında irəliyə çıxır. 
 

Braziliya, Rio de Janeyroda Kopakabana çimərliyi 

 

Tailand, Banqkokda gözəllik salonunda xüsusi qurğu vasitəsilə maska taxmış qadının saçları düzəldilir. 

Çex Respublikası, Çvikov şəhəri yaxınlığındakı Krompaç kəndində pişik balası ot üzərində oynayır. 
 

Fransa, Vimi yaxınlığında ziyarətçilər əkin sahəsini ziyarət edir. 

İndiana, İndianapolis - Klemontda E3 Spark Plugs Nationals avtomobil yarışları zamanı Kayl Vurtsel avtomobilinin mühərrikini yandırır.
 

Çin, Pekində maska taxmış oğlan parkda hava ilə doldurulmuş borunun içində oynayır.  

 

Almaniya, Timmendorfe - Baltik dənizi üzərində günəş çıxır.