Your browser doesn’t support HTML5
Suriyanın qonşuları orada gedən vətəndaş müharibəsinin sərhədləri aşmamasına nəzarət etsələr də, bəzən bunun qarşısını almaq olmur. Lakin Türkiyə və İraqdan fərqli olaraq İordaniya neytral mövqe tutmağa çalışır.
Daxildəki siyasi və iqtisadi problemləri olan İordaniya qonşusu Suriya ilə konfliktə girmək istəmir. Siyasi təhlilçi Ləbib Kəmhavi deyir ki, bu maraqlar ikinci plana keçə bilər. “Birləşmiş Ştatlar, Avropa, regiondakı Körfəz dövlətləri və Səudiyyə Ərəbistanı iqtisadi təsirlərlə İordaniyanın istər hərbi, istərsə də insan resurslarından istifadə etməsinə təzyiq göstərir və buna nail olurlar.”
İordaniyanın əsas müttəfiqi olan Birləşmiş Ştatlar krallığa kiçik hərbi kontingent göndərib ki, bu qüvvələrin oradakı missiyasının mahiyyəti aydın deyil. Beynəlxalq Araşdırmalar Mərkəzindənm Həsən Bərari amerikalıların məsələyə qatılmasının vacib olduğunu deyir. “Beynəlxalq ictimaiyyət İordaniyanın Suriya məsələsində hansısa rolunun olmasını istəyir. İordaniya isə qorxur, bunu tək edə bilmir, ən azından Amerikanın yardımını istəyir.”
Cəmi 100-km.lik məsafədə olan Dəməşqdə president Bəşar Əl-Əsədin devrilməsinə çalışılır. Paytaxt Dəməşqi ələ keçirmək istəyən üsyançılar İordaniyanın əsas təchizat marşrutu olduğunu düşünürlər.”
Professor Bərari: “Oradan Suriyaya qaçaqmal yolu ilə silah daşınıb, lakin çox cüzi miqdarda. Lakin İordaniya belə bir təəsürat yaradır ki, bunu etmək mümkündür.”
Bu ilin əvvəlində İordaniya rəsmiləri Suriyadakı yaraqlıların ölkəyə terror hücumu hazırladıqlarını deməsindən sonra, suriyalıların qisas hissi daha da artdı.
Həsən Bərari: “Heç kim Suriya rejiminin onları göndərdiyini deyə bilməz. Lakin İordaniya bununla üzləşsə, özünü müdafiə etmək üçün mübarizəyə qalxmalı olacaq.”
Suriya rejimi xilas olmaq uğrunda mübarizə etdiyi bir vaxt, ortaya yeni təhlükə çıxdı. Birləşmiş Ştatlar kəşfiyyatının mənbələrindən Suriya hökumətinin kimyəvi silahdan istifadə etmək planı olduğu xəbər verildi.
Siyasi təhlilçi Kəmhavi İraq müharibəsindən öncə bu növ ittihamların ABŞ-ın reputasiyasına xələl gətirdiyini düşünür və həmin insidentin hazırkı ittihamların üzərinə kölgə salmış olduğunu deyir. “Əgər Suriyanın kimyəvi silahları əl atacağı qorxusu varsa, onda bu Suriyaya xarici hərbi müdaxiləyə yol açmış olur.”
İordaniyalılar isə hələlik gözləmə mövqeyindən çıxış edirlər.