"Cihadçı Con" kimi tanınan Məhəmməd Envazinin öldürüldüyü ehtimal edilir

Birləşmiş Ştatlar hərbi qüvvələrunin bildirdiyinə görə, bir neşə videoda qərbli girovları qətlə yetirən, Britaniyanın İslam Dövləti yaraqlısı "Cihadçı Con" kimi tanınan şəxs hava hücumu zamanı öldürüldüyü guman edilir.

Rəsmilər cümə axşamı bildirib ki, İslam Dövlətinin paytaxtı elan etdiyi Raqqada öldürülən şəxsin qərb kəşfiyyyatı orqanlarının müəyyən etdiyi Məhəmməd Envazi olduğundan əmin deyil.

Bir neçə xəbər agentliynə məlumat verən, lakin adının gizli saxlanmasını istəyən Birləşmiş Ştatların yüksək səviyyəli rəsmiləri havadan hücumun Envazinin olduğu avtomobilə edildiyini deyib.

Suriya İnsan Haqları Müşahidə qrupu bu gün deyib ki, Birləşmiş Ştatların həyata keçirdiyi hava hücumu zamanı öldürülən dörd yaraqlı arasında Britaniya İslam Dövləti qrupunun yüksək səviyyəli üzvü də olub. Lakin baş qərargahı Britaniyada yerləşən müşahidə qrupu öldürülən şəxsin "Cihadçı Con" olduğunu təsdiq etməyib.

Britaniyanın baş naziri Devid Kameron da Envazinin ölümü ilə bağlı xəbəri təsdiq etməyib.