O, Azərbaycanda kinostudiyanın yenidən dirçəldilməsi ilə məşğul olur
Rusiya vətəndaşlığı alan Fransanın məşhur aktyoru Jerar Depardye Azərbaycana gəlib. Bu barədə rəsmi AzərTAc agentliyi yazıb.
Həftə ərzində bir neçə ölkədə olan və təyyarə ilə bir ölkədən digərinə uçan Rusiya pasportlu fransız aktyor Bakıda Rusiyanın RTR telekanalına müsahibə verib.
Bu, Depardyenin Bakıya ilk səfəri deyil. O, Azərbaycanda kinostudiyanın yenidən dirçəldilməsi ilə məşğul olur. Aleksandr Dümanın Qafqaza səyahəti haqqında sənədli film artıq tamamlanıb. Aktyor həmin filmdə hekayətçi rolunu ifa edib və Rusiya imperiyasına dahi fransız həmyerlisinin gözü ilə nəzər salmağa çalışıb.
MDB məkanındakı dövlətlərin mədəniyyətlərarası əlaqələri mövzusuna da toxunan aktyor rus mədəniyyətinə, ədəbiyyatına və bütövlükdə, həmişə qəlbən yaxınlıq hiss etdiyi Rusiyaya münasibətindən danışıb.
“Rusiya tarixində müxtəlif dövrlər olmuşdur, zorakılıq da, sonra onun ifşası. Lakin Böyük Teatrın rəqqasələrini seyr edəndə, Valeri Gergiyevi, Olqa Borodinanı görəndə, rus operasını dinləyəndə başa düşürsən ki, bunlar daha böyük əhəmiyyət kəsb edir”- deyə o qeyd edib.
Aktyor müsahibəsində yenidən Azərbaycanda olmasından məmnunluq duyduğunu, ölkənin mədəniyyətini çox sevdiyini bildirib. Aktyor eyni zamanda Rusiya prezidenti Vladimir Putini özünə dost hesab etdiyini ifadə edib.