Cefferson İncili, yoxsa İstiqlal Bəyannaməsi?

Your browser doesn’t support HTML5

Amerikanın baniləri adlandırılanlar ölkədə dinin dəstəkləndiyi bir vaxt dövləti dindən ayıran yeni bir quruluş yaradıblar. İndinin özündə belə din amerikalılar arasında parçalanmaya səbəb olub. Ən böyük müxalifəti liderlərin etiqadı yaradır.

Həyatının son illərində Tomas Cefferson xristianların müqəddəs incilini bıcaqla doğramışdı.

Smitsonian muzeyinin əməkdaşı Harri Rubenştein kitabın bərpası ilə bağlı layihəyə rəhbərlik edib. İsa peyğəmbərin həyat və əxlaqı və ya bu gün dirilmə və digər möcuzələri kənara qoyan Cefferson incili? Rubenşteyn Ceffersonun İsanın mənəvi dəyələrini qabartmaq istədiyini deyir. " O və onun məsləkdaşları yeni dövlətin əxlaqi dəyərlərinin nədən ibarət olacağını müəyyən etmək istəyib."

Bu ilin əvvəllərində ABŞ-ın Humanizm Assosiasiyasından Luiz Qranados kitabın yeni versiyasını qanunvericilərə göndərib. "Biz qanunvericilərin bir neçə saat oradakı müdrik fikirlər və hətta yaxşı olmayan digər məqamlara diqqət yetirməsini istəyirik."

Onun sözlərinə görə, Cefferson yeganə üsyançı deyildi. Corc Vaşinqton dindan olsa da, dinlə dövləçiliyin birliyinin əleyhinə idi. Yazıçı Tomas Peyn dini insan ixtirası kimi qiymətləndirir. "Tomas Cefferson Gorc Meysondan ilham almışdı. Onun vicdan azadlığına baxışından. Amerikanın banilərinə maarifləndirmə mənbəyi kimi baxılırdı.”

Texaslı keşiş Mark Kollinz Corc Vaşinqton kimi geyinib kilsələrdə və dini mərasimlərdə iştirak edir. Onun dediyinə görə, Cefferson incili etiqad böhranı zamanı doğrayıb..
"Biz hamımız səhvə yol verir, bəzən Allaha qəzəblənirik."

Vaşinqtonda yerləşən Cefferson memorialında “Hər bir insan din seçimində azad olmalıdır” sözləri yazılıb.

Turist Lindsey Amerikanın atalarının plüralizmə inandığını deyir. "Mən onların hər bir dinə açıq olduqlarına inanıram. Öz ölkələrində repressiyalardan qaçaraq insanlar məhz buna görə Amerikaya üz tutub."

Elişa Troyer də bununla razılaşır. Lakin…"Mən onların xristianlığa, xristianlıq dəyərlərinə inandığını düşünürəm."

ABŞ-ın ilk prezidentləri arasında ən böyük mütəfəkkir olan Cefferson ən radikal düşüncələrini ancaq yaxın dostları ilə bölüşürdü. Belə ki, onu dediklərinin gələcək nəsillər arasında mübahisələrə yol açacağı qorxudurdu.