Bakıda Beynəlxalq Jazz Festivalı başlayıb

Bakıda Beynəlxalq Caz Festivalı başlayıb

Festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı keçirilib.
Oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Jazz Festivalının açılışı mərasimi olub.
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə festival noyabrın 2-dək davam edəcək.

Festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı keçirilib.

Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Bağırov, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar iştirak edib.

Festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi və Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Joshua Redman, Kenny Garret, Avishai Kohen, Marcus Miller, Bob James and David Sanborn, Kristof Çex və başqalarının çıxışları gözlənilir.

Eyni zamanda, Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və gənc caz musiqiçiləri festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.

Bakı artıq 11-ci dəfədir beynəlxalq caz festivalına ev sahiblik edir. Bu dəfə festivalın açılışını Joşua Redman edib.