Yaponiyanın şimal-şərq sahil bölgəsində şiddətli zəlzələdən sonra insanlar üçüncü gündür çadırlarda gecələyir. Yüz minlərlə insan elektrikzis və istiliksiz qalır, ərzaq çatışmır. Mühəndislər isə ikinci reaktorda radiasiya səviyyəsini ölçür. Onaqava nüvə elektrik stansiyasında radiasiya səviyyəsi maksimumu keçdikdən sonra vəziyyətlə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat verilib. Mühəndislər radiasiya mənbəyini müəyyən etməyə çalışır. Partlayış nəticəsində divarları uçmuş Fukuşima nüvə elektrik stansiyasında isə mühəndislər reaktora dənizdən su vurur.