Yaponiya rəsmiləri Fukişima atom elektrik stansiyasında vəziyyətə nəzarət etməyə çalışır. AES-in üçüncü reaktorunda partlayış olub. Eyni tipli partlayış şənbə günü birinci reaktorda baş vermişdi. Rəsmilər ciddi radiasiya axınının olmayacağına inandıqlarını bildiriblər. Bununla belə mühəndislər soyutma sisteminin tamamilə sıradan çıxdığı ikinci sektorda vəziyyətə nəzarət etməyə çalışır. AES-də yüksək radiasiya axını təhlükəsi mövcuddur. Tokio Elektrik Enerjisi şirkətinin rəsmisi soyuducu mayenin buxarlandığını bildirib. Fukişima yaxınlığında 200 000 insan evakuasiya edilib. Keçən həftənin cümə günü zəlzələ və sunami nəticəsində ölənlərin sayının 10 000 nəfərdən artıq olduğu bildirilir. Rəsmilər əvvəlcə vəziyyətin Çernobl faciəsindən çox fərqli olduğunu desələr də son partlayış və kütləvi evakuasiya Çernoblı yada salmağa əsas verir. Aşağıdakı videoda Çernobldan görüntülərə baxa bilərsiniz.
**