Günün fotoları

Avstriya -  İdmançılar Tirol bölgəsində 15 km. məsafəyə xizəksürmə üzrə dünya çempionatının yarışlarından əvvəl məşq edir.

İran - Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Tehranda Talibanın siyasi lideri Molla Əbdül Qani Baradar ilə görüşür.
 

Suriya - Hələb vilayətində üsyançıların nəzarətində olan şimal bölgəsində Azaz qəsəbəsində partlayışdan sonra insanlar hadisə qurbanın cəsədini daşıyır.

Rusiya - Polis əməkdaşları Vladivostokda müxalifət lideri Aleksey Navalnının həbs olunmasına etiraz olaraq keçirilən aksiya iştirakçısını saxlayır.

Çin - Təhlükəsizlik işçiləri Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun mənbəyini araşdıran alimlərdən ibarət komandasının Çinin Uhan şəhərində heyvanların satıldığı bazarı ziyarət etdiyi zaman panda geyimində olan jurnalistin qarşısını almağa çalışır.

Almaniya - Villingen şəhərində kişilər arasında xizəklə tullanma üzrə Dünya Kubokunun ikinci yarışlarından öncə izləmə meydançasındakı boş tribunalar

Minlərlə ultra-ortodoks yəhudi Qüdsdə ravvin Meşulam Soloveitçikin dəfn mərasimində iştirak edir.

İspaniya - Barselona şəhərində uşaqlar küçə sirk sənətçisinin çıxışını seyr edir.

Rusiya - Moskvada snouboardinq üzrə Dünya Kubokunun açılış mərasimi

Dünyadan görüntülər