Dünyadan görüntülər

Buxarestdə təcili tibbi yardım işçisi dörd nəfərin ölümünə səbəb olan yanğının baş verdiyi xəstəxananın önündə istirahət edir. 

İtaliyalı Andrea Loreni Turin şəhərində istifadə olunmayan zavodun iki qülləsi arasında 25 metr hündürlükdəki polad kanat üzərində gəzir. 

Yeni Dehlinin yaxınlığında fermerlik qanunlarına etiraz edən fermerlər polislə toqquşur. 

Çinin Şanxay şəhərindəki Yu Bağçasında Çin Yeni İlinə hazırlıq görülür. 

Livanın paytaxtı Triploidə pisləşən yaşayış şəraiti və sərt koronavirus tədbirlərinə qarşı nümayiş edən etirazçılar Tripolinin icra hakimiyyəti binasının pilləkənlərini yandırıblar. 

Manilada səhiyyə işçiləri hökümətin koronavirusla mübarizə çərçivəsində daha yaxşı tədbirlər görməsinə çağırır. 

Peruda COVID-19-a yoluxan insanların ailə üzvləri  boş oksigen balonlarını doldurmaq üçün növbədə dayanıblar.

Berlinin Brandenburq qapısının önündə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Baydenin maskalarını taxan sülh tərəfdarı fəallar nüvə tərksilahı prosesində daha çox irəliləyişə çağırırlar. 

Banqkokda insanlar Ay təqviminə görə qaşıdan gələn Yeni ili qeyd edirlər.