Dünyadan görüntülər

Cənubi Afrika - Keyptaun şəhərində Müqəddəs Georgi kafedralinda arxiyepiskop Desmond Tutunun dəfn mərasimi.

ABŞ-ın Kolorado ştatının Superior şəhəri ətrafında meşə yanğınları nəticəsində yanmış avtomobilin üstü qarla örtülüb.

Livan - Sidon liman şəhəri yaxınlığında Əl-Vasta kəndində suriyalı Maher əl-Abdallah evi qızdırmaq üçün yanan kömürdən zəhərlənərək yuxuda ölən həyat yoldaşı və üç uşağını dəfn edir.
 

Küveyt şəhərində şou zamanı mavi-sarı rəngli tutuquşu uçur.

İsrail - Qaliley dənizinin şimalında, Hula gölündə təbiət qoruğunda quş qripi minlərlə köçəri durna və digər quşlar və heyvanların ölümünə səbəb olub. Bu, ölkə tarixində vəhşi təbiətdə ən ölümcül təbii fəlakətdir.

Cənubi Afrika Respublikası - Yanğınsöndürənlər Keyptaun şəhərində parlament binasında yanğını söndürməyə çalışır.

Hindistan - Amritsar şəhərində Yeni il günü Sikhlər ən müqəddəsi ziyarətgahları olan Qızıl Məbəd qarşısında təzim etmək üçün toplaşıb.
 

Səudiyyə Ərəbistanı - Fransalı pilot Sebastien Loeb və köməkçi sürücü belçikalı Fabian Lurquin Ciddə və Hail arasında 2022-ci il Dakar Rallisinin 1A Mərhələsində yarışırlar.

Honq-Konqda yaşayış binaları

Cənubi Afrika - Hökumət COVID-19 məhdudiyyətini araadan qaldırdıqdan sonra Durban şəhərində Yeni il şənlikləri zamanı minlərlə insan və Şimali Pirs çimərliyinə toplaşıb.

Dünyanın hər yerindən günün ən maraqlı fotoları