Dünyadan görüntülər

Yaponiya - Koçi prefekturasının Muroto şəhərinin sahilindəki qayıqlar Sakit okeanın cənubunda Tonqa adasında sualtı vulkan püskürməsi nəticəsində yaranan sunamiyə görə suda çevrilmiş vəziyyətdədir.

Somali - Təhlükəsizlik qüvvələri Moqadişuda bomba partlayışının baş verdiyi əraziyə nəzarət edir. Polis və dövlət xəbər agentliyinin məlumatına görə, Somali hökumətinin sözçüsü intiharçı tərəfindən törədilən partlayış zamanı yaralanıb.

Avstraliya - Serbiyalı tennis ulduzu Novak Cokoviç federal məhkəmənin onun Avstraliya Açıq çempionatında iştirak etmək üçün aldığı vizasının ləğvi ilə bağlı qərarı təsdiq etməsindən sonra Melburn hava limanından ölkəni tərk edir.

Estoniya - Fransalı Yevgeniya Lopareva və Joffruy Brisso Tallinn şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatında rəqsi proqramı zamanı çıxış edirlər.

London - Etirazçılar milli aksiya günündə yürüş keçirir. 
 

Rusiya - Şimal işıqları Sankt-Peterburq üzərində gecə səmasını işıqlandırır.

Hindistan - Mumbay şəhərində göldə flaminqo quşları

Peru - Limada Herradura çimərliyində gün batan zaman balıq tutan insanların siluetləri

Dünyanın hər yerindən günün ən maraqlı fotoları