Cakartada nümayişlər keçirilir

İndoneziyanın paytaxtında on minlərlə nümayişçi Cakartanın qubernatorunun həbsi tələbi ilə küçələrə çıxıb.

Ahok kimi tanınan xristian Basuki Tjahaja Purnam fevralda yenidən Cakartanın qubernatoru vəzifəsinə seçilməyə çalışır. O, kafirlikdə ittiham edilir.

İttihamlar bu ilin əvvəli onun siyasi kampaniyası zamanı Qurandan kafirləri dəstəkləyən müsəlmanlara xəbərdarlıq kəlamını sitat gətirən rəqiblərinin fikirlərini rədd etməsindən sonra başlayıb.

Ahok bundan sonra üzr istəyib və deyib ki, o heç bir zaman heç kimi təhqir etmk istəməyib. Lakin onun üzr istəməsindən əsasən müsəlmanların yaşadığı və xristian rəhbər tərəfindən idarə olunan şəhərdə bir çox müsəlman təskinlik tapmayıb.

Ahok son yarım əsrdə Cakarta şəhərinin ilk xristian qubernatorudur. O, həm də bu vəzifədə olan ilk etnik çinlidir.

Noyabrın 4-ü etiraz aksiyalarında 100 min nümayişçi iştirak edib. Nümayişlər axşam düşəndən sonra zorakılıqla davam edib. Qarşıdurma nəticəsində bir nəfər ölüb, onlarla insan isə xəsarət alıb.

Tənqidçilər bildirib ki, prezident Coko Vidodo tərəfindən idarə edilən mərkəzi hökumət radikal müsəlman qruplarının qarşısının alınması istiqamətində kifayət qədər iş görmür və nifrət, eləcə də fanatizmin böyüməsinə imkan yaradılır.