İyulun 15-də saxlanılan jurnalistlər azadlığa buraxılıb
Your browser doesn’t support HTML5
Jurnalistlər Anar Abdulla, Elvin Cəbizadə və fotoreportyor Firidun Səlimov iyulun 17-də günün ikinci yarısında azad olunublar. Anar Abdulla Polis Bölməsində bəzi adamlara şiddət göstərildiyini bildirib:
“Maşından düşürüləndə bir sıra adamlara qapaz vurulurdu. 2 nəfər isə rezin güllədən yaralanmışdı”.
Anar Abdulla onlara 48 saatdan çox saxlanılmaqlarının səbəbini izah etmədiklərini bildirib.
İyulun 14-də Bakıda Qarabağa dəstək yürüşü zamanı minlərlə Bakı sakini Milli Məclisin qarşısına toplanıb. Səhər saatlarına qədər davam edən yürüşü işıqlandırmaq üçün hadisə yerinə gedən jurnalistlər Anar Abdulla və Firudin Səlimov, hadisəni işıqlandıran həyat yoldaşı Aysel Umudovaya görə narahat olduğu üçün ora gedən Elvin Cəbizadə saxlanılıb. Onlar iyulun 15-i səhər saatlarında saxlansalar da, 48 saatdan artıq müddət ərzində onlardan xəbər almaq mümkün olmayıb.