Saakaşvili və İvanişvili arasında "şəxsi duel" - Gürcüstan seçkilərində nə baş verir?

Gürcüstanda prezident seçkilərinin ilkin turunda namizədlərdən heç biri qələbə üçün lazım olan 50 faizdən çox səs toplamayıb. “Gürcüstan Arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili irəlidə gedir. O, səslərin 38,6 faizini toplayıb. Onun ən yaxın rəqibi – müxalif namizəd Qriqol Vaşadze isə 37,7 faiz səs toplayıb.

- İkinci turun gözləntiləri barədə gürcü politoloqu Qelu Vasadze "Nastoyaşeye Vremya"-ya danışıb.

- Elektoral və psixoloji üstünlük Qriqol Vaşadze və birləşmiş müxalifətdədir. Lakin hakimiyyət asanlıqla prezident postundan əl çəkməyəcək, çünki söhbət burada təkcə prezident postundan deyil, ümumiyyətlə siyasi aşınmadan, bütün siyasi arenanın yenidən qurulmasından, o cümlədən Mixail Saakaşvilinin mümkün qayıdışından gedir. Düşünürəm ki, əsl mübarizə hələ qarşıdadır.

- İlkin turun nəticələri - saxtalaşmaların geridə qalması və başqa problemlərin həlli - sizcə bu, bir növ yeni siyasi mədəniyyətin və yaxud daha çox Qərb tərəfdaşlarının təsirinin təzahürüdür?

– Bu, yeni siyasi mədəniyyətin ərsəyə gəlməsidir. Lakin söhbət siz düşündüyünüzdən getmir. Bu yeni dünyanın mədəniyyətinin – televiziya, internet və siyasi texnologiyaların hər şeyə qərar verdiyi dövrdür. Bu seçkinin müqəddəratını üç nəfər müəyyənləşdirib - bunlar təşkilat işləri ilə məşğul olan qəragah rəhbəri Qeorqi Vaşadze, seçkiləri texnoloji tərəfdən təmin edən siyasi texnoloq Vitaliy Şklyarov və seçkiləri informasiya baxımından əhatə edən Nika Qvaramiyadır.

Sözüm odur ki, hakimiyyət seçkilərə təsir etmək üçün böyük inzibati və maliyyə resurslarından istifadə edə bilməyib. Bu resursların olmadığı və müxalifətin əli çatmadığı yerlərdə Salome Zurabişvili asanlıqla qalib oldu. Lakin televiziya, texnologiyalar və beynəlxalq müşahidəçilər olduğu yerlərdə onlar heç bir şey edə bilmədi.

– Yeni Konstitusiyaya görə prezident fiquru nominaldır, onun demək olar ki, bütün səlahiyyətləri ixtisara düşüb. Sizcə, bu post uğrunda niyə belə qızğın mübarizə gedir?

– Aydındır ki, bu, sadəcə prezident seçkiləri yox, hakimiyyətə müəyyən inamla bağlı referendumudur. Bunun Saakaşvilinin siyasətə yenidən gətirilib-gətirilməməsi barədə referendumun olduğu aydındır. Bu, Gürcüstanda təkpartiyalı sistemin, belə deyək, faktiki olaraq heç bir məhdudiyyəti olmadan bir nəfərin, çox imkanlı milyarder Bidzina İvanaşvilinin hakimiyyətinin və ya parlament respublikalarına xas olan çoxpartiyalı, koalisiyaların, münaqişələrin, koalisiyaların toplanıb buraxıldığı respublikanın olacağına dair refenrendumdur. Bu, elə demokratiya deməkdir.

– Hal-hazırda baş verənləri milli hərəkatın revanşı adlandırmaq olarmı? Bunlar Saakaşvilinin vətənə qayıtmağına ön şərtlər yaradırmı?

-İvanişvili ilə olan şəxsi dueldə Saakaşvili açıq-aydın qalibdir. Bunu revanş adlandırmaq olarmı? Xeyr, olmaz. Çünki söhbət revanşdan getmir. Bir çox siyasi partiya, vaxtilə milli hərəkata qarşı olan partiyalar, elə həmin respublikaçılar indi təkcə “Gürcüstan Arzusuna” qarşı deyil, yeni Gürcüstan, haqqında danışdığımız parlament respublikası uğrunda mübarizəyə qoşulublar.