İtaliyanın yeni COVID-19 tətbiqi kontaktları izləyir və məxfiliyi qoruyur

Koronavirus üçün İtaliyanın yeni əlaqə izləmə tətbiqi bir sıra pilot bölgələrdə istifadəyə veriləcək. Bu, ölkədəki hər kəsin könüllü istifadəsi üçün olacaq və istifadəçilərin məxfiliyinə zəmanət veriləcək.

İtalyanlar mayın 29-dan başlayaraq koronavirusun yayılmasına qarşı mübarizədə kömək edəcək kontakt izləmə tətbiqi ini mobil telefonlarına yükləyə biləcəklər.

"İmmuni" İtaliyanın İnnovasiya Texnologiyaları və Rəqəmsal Transformasiya Nazirliyinin sifarişi ilə hazırlanıb. Sifarişin baş texnologiya mütəxəssisi Paolo de Rosa deyir ki, tətbiq koronavirusla əlaqəsi olan insanları tapmaq prosesini sürətləndirə biləcək.

"Tətbiqetmə məxfiliyi qoruyacaq şəkildə hazırlanıb. Buna görə də bu, insanların tanınması lazım olan ənənəvi yanaşma kimi deyil. Belə olan halda koronavirus testi müsbət çıxmış biri ilə təmasda olan insanlara yalnız xəbərdarlıq ediləcək” - deyə, o qeyd edib.

Koronavirus testi müsbət çıxmış şəxslərlə təmasda olması haqda xəbərdarlıq aldıqdan sonra insanlar tez bir zamanda hərəkətə keçə bilər və səhiyyə orqanlarına və ya şəxsi həkimə müraciət edə bilərlər.

De Rosa xüsusi tədbirlər görüldüyündən məxfiliyin təmin olunduğunu və app-dən istifadə edən hər kəsin müəyyənləşdirilməsinin olduqca çətin olacağını vurğulayıb. Bir istifadəçinin təqdim etməsi lazım olan yeganə məlumat aid olduğu ərazidir.

Tətbiqetmənin effektivliyi üçün ondan istifadə edənlərin sayının çox, təxminən 60 faiz olmasının lazım olduğu qeyd olunub. Ancaq bu, sosial məsafə kimi digər amilləri nəzərə almadıqda mümkündür. Bütün hallarda De Rosa tətbiqetmənin hər kəsin telefonunda olmasının faydalılığına əmindir. "Bu, çox innovative texnologiyadır. Dünyanın çox az ölkəsində istifadə olunur" - deyə, o açıqlayıb.