Venesiya sulara qərq olub

İtalyanın məşhur laquna şəhəri olan Venesiya altı nəfərin ölümünə səbəb olmuş görünməmiş daşqınlar və güclü küləklərin təsirinə məruz qalıb. Daşqınlar nəticəsində şəhərin bir hissəsini su basıb.

Venesiyada güclü küləklərin suyu laqunadan gətirməsi nəticəsində tez-tez daşqınlar olur, lakin bazar ertəsi suyun görünməmiş səviyyəyə qalxdığı müşahidə edilib.

Su basmış Müqəddəs Mark meydanı, Venesiya, İtaliya, 29 oktyabr, 2018

Güclü küləklər nəticəsində Napoli, Lazio və Liquriyada ağacların aşması dörd nəfərin ölümünə səbəb olub.

Daxili İşlər Nazirliyi rəsmiləri ölkənin təxminən yarısının bürüdüyü fırtına bölgələrində çərşənbə axşamı məktəblər və ofisləri bağlamağa çağırıb.