İtaliyada körpünün dağılmasından sonra axtarış əməliyyatları davam etdirilir. Ölənlərin sayının 38 olduğunu bildirən rəsmilər hələ də itkin düşənlər olduğunu bildirir.
Ətrafdakı yaşayış binalarından yazlərlə insan evakuasiya edilib. Bəzilərin evlərinə qayıtmayacağı barədə xəbərdarlıq edilib.
İtkin düşənlərin ailələri möcüzə gözləyir. Ölənlərdən kimlikləri müəyyən edilməyənlər var. Rəsmilər həmin evlərin körpünün qalıqları ilə bərabər söküləcəyini və körpünün yenidən inşa ediləcəyini bildirir.
İtaliyanın baş naziri Cozeppe Konte Genuya şəhərində 12 aylıq fövqəladə vəziyyət elan edib və körpünün qalıqlarının sökülməsi üçün 5.6 milyon dollar vəsait ayırıb.
Baş nazir ölənlərin dəfn ediləcəyi şənbə günü ölkədə milli matəm elan edib.
İtaliyanın Genuya şəhərində çərşənbə axşamı günü gözlənilməz qasırğa səbəbi ilə körpünin bir hissəsi dağılıb. Nəticədə maşınlar dağıntı altında qalıb.
Fəlakət İtaliyanı Fransaya bağlayan yolda baş verib. Hadisə İtaliyanın Ferraqosto bayramına təsadüf etdiyi üçün yollar maşınlarla dolu olub.
İtaliyanın nəqliyyat naziri Danilo Toninelli hadisəni böyük fəlakət adlandırıb.
Morandi körpüsü 1967-ci ildə inşa edilib. 90 metlik yendürlükdə yerləşən körpünün uzunluğu 200 mertdir.