İtaliyada bəzi mağazalar açılmağa başlayıb

İtaliyada kitab, ofis ləvazimatları və uşaq geyimləri mağazalarının supermarketlərdəki kimi sosial məsafə və sanitariya tədbirlərinə riayət etmək şərti ilə ölkə daxilində açılmasına icazə verilib.

Ancaq bu, ardıcıllıqla baş verməyib. Bəzi bölgə qubernatorları və fərdi mağaza sahibləri hələ də qapılarını bağlı saxlamağa qərar veriblər.

Virusdan ən çox ziyan görmüş Lombardiya və Pyemonte bölgələrində kitab və ofis ləvazimatları mağazaları qapalı olaraq saxlanııb. Mərkəz Latsio isə mağazaların həm işçiləri, həm də alıcıları qorumaq üçün sanitariya tədbirləri həyata keçirmək üçün açılışları bir həftə təxirə salıb. Venetoda isə quernatorun “karantin işığı" adlandırdığı tədricən açılma şəraitində həftədə iki günlük fəaliyyətə icazə verilib.

Çərşənbə axşamı işə qayıtmalarına icazə verilən digər işçilər meşə yanğınları mövsümündə havalar istiləşmədən əvvəl qurumuş ağacları təmizləmək üçün meşə işçiləri olub.

Yenidən açılmasına icazə verilən ticarət fəaliyyətlərinin siyahısı təsadüfi görünsə də, rəsmilər şagirdlərin məktəb ləvazimatlarıı alması, yeni valideyn olanların isə böyüməkdə olan körpələrini təchiz edə bilməsinin vacib olması ilə izah edib. İtaliyanın Mədəniyyət Naziri Dario Françeskini kitabların evdə olan italyanlar üçün "vacib" olduğunu deyib.

"Supermarketlərdə olduğu kimi sosial məsafə və təhlükəsizlik tədbirləri tələb ediləcək, ancaq yenidən açılacaqlar. Bu, simvolik bir jest deyil, kitabların da mühüm rolu olduğunu qəbul etməkdir" - deyə, Françeskini tvitində yazıb.