İtaliya şirkəti Ağdam, Füzuli, Kəlbəcər və Qubadlıda elektrik yarımstansiyalarını avadanlıqla təchiz edəcək

Dekabrın 18-də Azərbaycanın azad edilmiş ərazilərində elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC-i ilə İtaliyanın “Ansaldo Energia” şirkəri video-konfrans formatında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalayıb.

“Bununla da işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət - İtaliya da qol qoydu. “Azərenerji” ilə “Ansaldo Energia” rəhbərlərinin İtaliyanın Azərbaycandakı səfirinin iştirakı ilə imzaladığı müqaviləyə görə, Agdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz “Ansaldo Energia” şirkəti həyata keçirəcək,” “Azərenerji” şirkətinin məlumatında deyilir.

“Azərenerji” xatırladır ki, 30 il ərzində erməni silahlı qüvvələrinin nəzarətində olan Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında bütün infrastrukturu, o cümlədən elektrik stansiyaları, yarımstansiyaları, ötürücü xətləri dağıdılaraq yerlə yeksan edilib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi əməliyyatlar sentyabrın 27-də başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Rusiya sülhməramlıları Dağlıq Qarabağda ermənilərin yaşadığı məntəqələrdə elektrik enerjisinin verilməsini bərpa edib.

Rəsmi Bakı bildirir ki, azərbaycanlıların qayıdacağı yaşayış məntəqələrinin demək olar ki, hamısında minatəmizləmə işləri başa çatdıqdan sonra yeni infrastruktur və yaşayış evlərinin itkinitisı nəzərdə tutulur. Müşahidəçilərin fikrinə görə, yüzlərlə yaşayış məntəqəsi yenidən qurulacaq.