"İstəmirəm uşaqlarım acından ölsün"
Your browser doesn’t support HTML5
İlqar Vasilyeviç plastik materiallar toplayıb satmaqla pul qazanır. 8 yaşlı qızı Anqelina da atasına bu işdə kömək edir.
Karantindən əvvəl onlar hər səhər Zabrat qəsəbəsindən şəhərə velosipetlə gəlirdilər. İndi isə ancaq evə yaxın ərazidə işə çıxa bilirlər, bu isə demək olar ki onlara heç bir qazanc gətirmir.
Epilepsiya xəstəsi olan İlqar başqa yerdə işləyə bilmir. Onlar Zabratdakı rus-azərbaycan qəbirsanlığının yanındakı yarımtikilidə yaşayırlar.
Karantin səbəbindən Anqelina məktəbə gedə bilmir, evdə internet olmadığından onlayn dərslərə də qatılmır. Tək istəyi normal evdə yaşamaq və dərslərinə davam edə bilməkdir.