İstanbulda hərbi vertolyot qəzaya uğrayıb

Türk rəsmiləri İstanbulun yaşayış məhəlləsinin yaxınlığında hərbi vertolyotun qəzaya uğraması nəticəsində göyərtədə olan 5 hərçidən 4-ü həlak olub.

Rəsmilər sağ qalan hərbçinin xəstəxanaya aparıldığını bildiriblər.

Anadolu dövlət xəbər agentliyinin verdiyi məlumata görə, təlim uçuşu keçirən vertolyot bazar ertəsi İstanbulun Asiya hissəsindəki Sancaktəpə rayonunda binanın damına dəyərək binaların arasına düşüb.

Hadisə nəticəsində hərbçilərdən başqa heç kəsin xəsarət almadığı bildirilib. Qəzanın səbəbi hələlik aydın deyil.

Sancaktəpə icra başçısı Əli Yerlikaya Anadolu xəbər agentliyinə "hadisənin səbəbinin araşdırılmasına başlanıldığını" bildirib.