İsrail ilə fələstinli militantlar arasında atəşkəs əldə olunub

Fələstin rəsmiləri deyir ki, Həmas və İslamçı Cihad İsraillə atəşkəs razılığı əldə edib.

Misirli vasitəçilərin yardımı ilə əldə olunan razılıq ümumdünya vaxtı ilə saat 1:30-da qüvvəyə minib. Hələ ki, belə görünür atəşkəs davam edir.

Raket atəşi və hava hücumları mübadiləsi nəticəsində cümə günündən bəri dörd israilli mülki vətəndaş və azı iyirmi fələstinli həlak olub. Bu, 2014-cü ildən bəri ilk dəfədir ki, sərhədlərarası döyüş nəticəsində İsrail mülki vətəndaşları öldürülüb.

Prezident Donlad Tramp bildirir ki, Birləşmiş Ştatları vətəndaşlarını fələstinlilərin Qəzzadan etdiyi raket hücumundan qoruyan İsraili 100 faiz dəstəkləyir.

“Qəzza xalqına – İsrailə qarşı bu cür terrorçu əməllər sizə səfalətdən başqa heç nə gətirməyəcək. Zorakılığa son qoyun və sülh üzərində işləyin, bu mümkündür”, Tramp bazar günü Twitter hesabında yazıb.

Qəzzə

İsrailin baş naziri Benyamin Netanyahu orduya sərhəddə on beş ildə baş verən ən tələfatlı döyüş çərçivəsində Qəzzada Həmasın mövqelərinə qarşı kütləvi hücumları davam etdirməklə bağlı göstəriş verib.

Həlak olan fələstinlilər arasında 14 yaşlı uşaq və onun xalası var. Həmas onların İsrailin hücum nəticəsində öldüyünü bildirir. İsrailin kəşfiyyat xidməti isə onları fələstinlilər tərəfindən yanlış istiqamətdə atılan raketin öldürdüyünü bildirir. Bu iddiaların heç biri təsdiqlənməyib.

İsrail ordusu bildirir ki, fələstinli miltantlar cümə günündən bəri Qəzzadan təxminən 700 raket atıb, İsrail qüvvələri isə Həmas və İslamçı Cihadın 350 mövqesini hədəf alan hücumlar həyata keçirib.

İsrail raketləri İslamçı Cihad adlanın kiçik silahlı qrupun atdığını bildirir, lakin buna görə Qəzzaya nəzarət edən Həması cavabdeh tutur.

İsrailin hava hücum Həmas kommandirinin ölümü ilə nəticələnib. İsrail onun İrandan militantlara pul köçürdüyünü bildirir.

Bu döyüş İslamçı Cihad qrupunun snayperi cümə günü iki İsrail əsgərini yaralayandan sonra başlayıb.

Fələstinlilər İsraili Misirin vasitəçiliyi ilə əldə olunan razılığa əməl etməməkdə günahlandırır. Həmin razılığa əsasən İsrail raket hücumlarının dayandırılması müqabilində Qəzzanın blokadasını yüngülləşdirməlidir.

Həmasın lideri İsmail Haniyə bazar günü bəyanat yayaraq, militant qrupun “yeni müharibədə” marağının olmadığını və İsrail “dərhal ləyaqətli həyat anlayışını tətbiq etməyə başladığı təqdirdə dinc vəziyyətə qayıtmağa” hazırdır.

Israilli təhlilçi Neri Zibler 24 News-a bildirib ki, Netanyahu Həmasla da müharibə aparmaq istəmir.

“Lazımsız müharibələrdən qaçınmaq hər kəsin xeyrinədir. Daxil olduğun müharibədən necə çıxacağını bilmirsən”, o deyib.

2014-cü ildə İsraillə Həmas arasında 50 gün davam edən müharibə 2200-dən çox fələstinlinin ölümü, çox sayda məhəllələrin dağılması ilə nəticələnib.