İsraillilərin avqustda İranda Əl-Qaidənin iki nömrəli liderini öldürdükləri bildirilir

1998-ci ildə ABŞən Afrikada iki səfirliyinin bombalamasının təşkilinə yardım etməkdə ittiham olunan Əl Qaidənin ikinci adamının avqust ayında İranda Birləşmiş Ştatların əmri ilə israilli əmliyyatçılar tərəfindən öldürüldüyü bildirilir. Bu barədə cümə günü The New York Times kəşfiyyat rəsmilərinə istinadən xəbər verib.

The New York Times bildirib ki, Müharibə adı Əbu Məhəmməd Əl-Məsri olan Abdullah Əhməd Abdullah üç ay öncə Tehranda motosiklet üzərində olan iki nəfər tərəfindən güllələnib.

Qəzetin bildirdiyinə görə, Əl-Qaidənin hazırlı lideri Ayman əl-Zəvahri varisi olaraq görünən Məsrinin ölümü indiyədək gizli saxlanılmışdı.

The New York Times-ın yazdığına görə, Birləşmiş Ştatların Misirdə dünyaya gələn militantın avqustun 7-də öldürülməsində hər hansı rol oynayıb-oynamadığı məlum deyil. Qəzet ABŞ rəsmilərinin iləlr boyu İranda Məsrini və digər Əl-Qaidə əməliyyatçılarını izlədiyini bildirib.

Adının anonim qalması şərtilə Reuters xəbər agentliyinə danışan ABŞ rəsmisi The New York Times qəzetindəki məlumatları təsdiqləməyi və ya ABŞ-ın rolu olub-olmadığını söyləməyi rədd edib. Ağ Evin Milli Təhlükəsizlik Şurası şərh istəyinə dərhal cavab verməyib.

Məsrinin Usamə bin Ladeinin oğlu Həmzə bin Ladenin həyat yoldaşı olan qızı ilə birlikdə öldürüldüyü bildirilib.

2001-ci ilin 11 sentyabr hücumlarını təşkil edən Əl-Qaidə başçısı Usamə bin Laden 2011-ci ildə Pakistanda ABŞ-ın reydi nəticəsində öldürülüb.