İsrailin Nazirlər Kabineti Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin normallaşdırılmasına dair razılaşmanı təsdiqləyib

İsrailin Nazirlər Kabineti Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin normallaşdırılmasına dair razılaşmanı təsdiqləyib. Baş nazir Benyamin Netanyahu bazar ertəsi Əbu-Dabi vəliəhdi Məhəmməd Bin Zayed Əl-Nəhyanla yaxın zamanda görüşəcəkləri barədə razılığa gəldiklərini bildirib.

Bu həftənin sonunda İsrail parlamentinin müqavilənin təsdiq edilməsinə səs verəcəyi gözlənilir.

Netanyahu və Şeyx Məhəmməd bazar ertəsi telefonla danışıb və bazar günü verdikləri açıqlamalarda Yaxın Şərqdə sülh və əməkdaşlıq da daxil olmaqla, bir sıra məsələləri müzakirə etdiklərini bildiriblər.

İsrail keçən ay Ağ Evdə ABŞ-ın vasitəçiliyi ilə Bəhreynlə imzaladığı oxşar bir müqaviləni Birləşmiş Ərəb Əmirlikləri ilə də imzalayıb.

İsrailin baş naziri Benyamin Netanyahu, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla bin Zayed və Bəhreyn xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl Zayani razılaşmanın imzalanması üçün Ağ Evin Cənub Bağçasında bir araya gəlib.

İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında razılaşma ilk olaraq 13 avqust tarixində əldə edilib. Daha sonra Bəhreyn Yəhudi dövlətini rəsmi olaraq tanıyacağını elan edib.

1979-cu ildə Misir, 1994-cü ildə İordaniyadan sonra Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İsraillə müqavilə bağlayan üçüncü və dördüncü ərəb dövlətləridir.