İsrail Suriyada İranın hədəflərinə hücum etdiyini bildirib

İsrail İranın “qatil dronları” tərəfindən hücumlara mane olmaq məqsədilə Suriyada İranın hədəflərinə qarşı hücumlar keçirdiyini bildirib.

İranın hücumun keçirildiyini təkzib etməsinə baxmayaraq, insident İsrail və İran arasında yeni gərginliklərə səbəb olub. İsrail Suriya ilə sərhədə Dəmir Günbəz raketinin yerləşdirilməsi barədə göstəriş verib.

İsrail Suriyada İranın obyektlərinə qarşı hava zərbələrinə görə nadir hallarda məsuliyyəti öz üzərinə götürür. Halbuki son bir neçə il ərzində İsrailin bu kimi yüzlərlə hücum keçirdiyinə inanılır. Lakin bu dəfə baş nazir Benyamin Netanyahu Twitter səhifəsində ordunun irimiqyaslı əməliyyatını yüksək qiymətləndirib və İranın İsrailə partlayıcı maddələrlə dolu “qatil dronlar” göndərməyi planlaşdırdığını bildirib. O, İrana "heç bir yerdə immuniteti olmadığına" dair xəbərdarlıq edib.

İsrail ordusu İranın hər biri partlayıcı maddələrlə dolu Kamikadze dronunu idarə etmək üçün dörd əməliyyatçısının bu yaxınlarda Suriyaya gəldiyini bildirib.

İsrailin kabinet naziri Zai Hangebi İsrailin hücumun qarşısını almaq üçün kəşfiyyat məlumatlarına əsaslanaraq əməliyyat apardığını deyib. O, bildirib ki, İsrail İranda konkret bir obyekti müşahidə edir və hücumün oradan planlaşdırıldığını bilir.

İsrailin sabiq milli təhlükəsizlik müşaviri Yakov Amidror bildirib ki, İsrail Suriyada İranın artan gücündən narahatdır.