İsrail fələstinlilərin atdığı raketə hava hücumu ilə cavab verib

P

Fələstinli militantlar şənbə günü Qəzzadan İsrailin cənubuna iki raket atıb, İsrail ordusu isə cavab olaraq militant hədəflərə qarşı hava hücumları edib.

İsrailin cənubundakı ən böyük şəhər olan Birşebada gecə yarısı şəhərə doğru atəşin açıldığını xəbər verən siren səsləri eşidilib. Ordu raket müdafiə sistemlərinin iki raketin qarşısını aldığını bildirib.

Bundan bir neçə saat sonra İsrailə məxsus təyyarə Qəzzanı idarə edən islamçı Həmas qrupunun militantlarının bir neçə mövqelərini vurub.

Raket hücumu İsrail ilə fələstinli kiçik cihad qrupu İslamçı Cihad arasında sərhədləararası zorakılıqlara son qoyan atəşkəsdən iki gün sonra baş verib.

Qəzza zolağı İsrailin hava hücumundan sonra

Son ayların ən dəhşətli döyüşünə çərşənbə axşamı İsrail İranın dəstəklədiyi İslamçı Cihad qrupunun yüksək rütbəli komandirini təhlükə adlandıraraq öldürməsi səbəb olub.

Qəzzanın səhiyyə rəsmiləri bildirib ki, iki gün davam edən döyüşlərdə 34 fələstinli ölüb, onların yarısından çoxu mülki vətəndaşlardır.

Eyni zamanda isə militantların atdığı yüzlərlə raket İsrailin cənubunda böyük bir hissəni iflic vəziyyətə salıb. Raketlər şimalda Tel Əvivə qədər çatıb və bəzi icmalar sığınacaqlara yerləşməli olub. Onlarla israilli yaralanıb.

Həmas döyüşdə iştirak etməyib. Mümkündür ki, bu, döyüşlərin dayandırılmasına gətirib çıxarıb.

Lakin İsrail ordusu bazar günü Qəzzadan hər hansı hücuma görə Həması cavabdeh tutacağını söyləyib.

Həmas İsraildə mülki vətəndaşlara qarşı etdiyi əməllərinin nəticələri ilə üzləşəcək”, bəyanatda bildirilib.