İspaniyanın Andalusiya bölgəsində ultra-sağçı partiya qalib gəldi

Anti-immiqrant, Avroskeptik, ultra-sağçı partıya İspaniya qanunverici orqanında ilk yerini qazanıb.

Bazar günü Andalusiya regional seçkilərində sayılan səslərin 96% ilə VOX partiyası 12 deputat yerinə sahib çıxaraq, mühafizəkar bloka üstünlüyü ələ keçirmək imkanı yaradıb.

2015-ci ildəki 47 yerlə müqayisədə Sosialistlər Andalusiya qanunverici orqanında cəmi 33 yer qazanıb. Sağçı partiyalar hökuməti formalaşdırmaq razılığına gəlsələr mərkəz solçu partiya son 36 ildə ilk dəfə olaraq İspaniyanın ən sıx məskunlaşmış bölgəsi üzərindəki idarəni itirə bilər.

“Andalusçular yenə də tarix yazırlar. Onlar 36 illik Sosialist rejimini silkələdilər. Onlar digər İspaniya vətəndaşlarına “bu mümkündür, və hətta bunu bütün ölkədə belə etmək asandır” dedilər””, İspaniya prezidenti Santyaqo Abaskal deyib.

Bu, Andalusiya bölgəsini 36 ildən artıq idarə edən Sosialist İşçilər Partiyasının tarixində ən pis göstərici olub.

Səsvermə iyun ayında baş nazir seçilmiş Sosialist İşçilər Partiyasından Pedro Sançez üçün ilk seçki imtahanı olub.

İspaniya bu günə qədər Avropanın siyasətini ələ keçirən ultra-sağçıların yüksəlməsinin qarşısını alıb. Lakin indi VOX Şimali Afrikadan Avropaya mühacir və sığınacaq axtaran miqrantları nəzərə alaraq anti-immiqrant siyasətindən istifadə edir.