İraqda etirazlar davam edir

Your browser doesn’t support HTML5

İraqın cənub bölgəsində dövlət binaları və hava limanına yürüş edən etirazçılara qarşı polis gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Nəticədə ən azı yeddi nəfər yaralanıb. Hökumət nümayişçiləri dağıtmaq üçün şəhərdə qoşunlar yerləşdirərək fövqəladə vəziyyət elan edib. İraqlılar ötən həftədən korrupsiyaya və zəif idarəçiliyə qarşı etiraz edir. Bu hallar neftlə zəngin Bəsrədə həyat standartlarını aşağı səviyyəyə endirib.

İraqlılar yarıtmaz xidmət, işsizlik və artan xərclərdən yorulublar, onlar korrupsiya və hökumət rəsmilərini səhlənkarlığa görə məsuliyyətli bilirlər. Etirazlar Bəsrədən bölgənin bir çox başqa şəhərlərinə yayılıb.

Bəsrədən olan etirazçı Məhəmməd Dənbus bildirib ki, bu etirazlar son 16 ildə baş verən məhdudiyyətlərə görə baş qaldırıb. Ardıcıl olaraq bir neçə hökumət Bəsrədə hakimiyyətə gələnlərin heç biri insanları nə yaxşı xidmət, nə də yaxşı həyatla təmin edib. Şəhər sakinləri ən adi xidmətlərdən belə məhrumdur.

Etirazlar 12 may parlament seçkilərindən sonra İraqda siyasi baxımdan həssas bir dövrə təsadüf edir. Populyar dindarların yerlərin əksəriyyətini tutması ilə baş nazir Heydər Əl-Abadinin hökumət təşkil etməsi çətinləşib.

Bəsradan olan digər etirazçı Əhməd Əbdül Huseyn: "Bir ölü, bir yaralı, bunların hamısına görə günahkar kimdir? Abadi, siz şərəfli bir insansınız, xalq tərəfindən seçilibsiniz. Bizim hüquqlarımızı bizə qaytarın və biz geri çəkilək. Biz sülh yolu ilə nümayiş keçirib, hüquqlarımızı əldə edənədək yolları bağlayacağıq."

Abadi bölgəyə investisiyalar yatıraraq Bəsrada etirazlara maneə törətməyə çalışıb.

O həmçinin Bəsrənin su, elektrik və səhiyyə xidmətləri üçün vəsait ayıracağını da vəd edib.

Onun səylərnə baxmayaraq, nümayişlər Amara, Nəsiriyyə və Nəcəf şəhərlərinə yayılıb. Nümayişçilər hava limanına hücum edib.

Narazı insanlar paytaxt Bağdadda da nümayiş keçirib.

Hökumət əsgərlər yerləşdirib, narahatlıqları aradan qaldırmaq üçün qadağan saatı tətbiq edib.

İraqın daxili işlər naziri Qasım Əl-Əraci deyib ki, onların vəzifələri bütün iraqlıların təhlükəsizliyini təmin etmək, həmçinin bütün tələbləri dinləmək və dinc etirazçıları salamlamaqdır, lakin dövlət qurumlarına, təhlükəsizlik qüvvələrinə və neft yataqlarına qoyulan sərmayə və xalqın istəklərini pozan şəxslər məsuliyyətə cəlb olunmalıdırlar.

Bəsrə vilayətində İraqın neft ixracının əksəriyyətini təşkil edən neft yataqları yerləşir.

Ancaq region hələ də zəif infrastruktura sahib, daimi elektrik kəsilməsi, pis su keyfiyyəti və toplanmamış zibil bölgəsi olaraq qalır.

Elektrik kəsintisi havanın 48 dərəcəyə qalxması ilə həyatı dözülməz edib.