İranın yeni ifrat mühafizəkar prezidenti İbrahim Rəisi Vaşinqtondan ehtiyatlı bir reaksiya alaraq ABŞ sanksiyalarının ləğvini təmin etmək üçün diplomatiya aparmaq vədi ilə prezident kimi and içib.
Andiçmə mərasimi parlamentdə baş tutub. Bundan iki gün əvvəl isə rəsmi olaraq ali ruhani rəbər Ayətullah Əli Xameneyi onun səlahiyyətini təsdiqləyib.
Uzun müddətdir ki, Xameneyinin müdafiəçisi olan Rəisi iyun ayında ölkədə rekord sayda ən azı seçici iştirakı ilə baş tutuan seçkilərdə qələbə qazanmışdı.
Prezidentliyə namizədlər haqqında təhqiqat aparan Xameneyi ona sadiq adamlardan ibarət İranın Keşikçilər Şurası Rəsinin ən nüfuzlu rəqiblərini seçkidən uzaqlaşdırandan sonra ökədə səsverməyə maraq azalmışdı.
ABŞ və İran müxalifət fəalları Rəsinin qələbəsini qeyri-azad və ədalətsiz hesab edir.
"Rəsmi dini, İslam Respublikası və millətin konstitusiyasını qorumağa and içirəm" - deyə, Rəisi mərasimdə bildirib. O həmçinin "İrana qarşı sanksiyalar ləğv edilməlidir və bu məqsədə çatamaq üçün istənilən diplomatik planı dəstəkləyəcəyik" deyə əlavə edib.
İran iqtisadiyyatı ABŞ-ın keçmiş prezident Donald Trampın 2018-ci ildə Tehrana qarşı birtərəfli qaydada tətbiq edilən sanksiyaları sərtləşdirməyə başladığı dövürdən bəri tənəzzüldədir.
Yanvar ayında vəzifəyə başlayan Prezident Co Bayden Trampın sanksiyalarının demək olar ki, hamısını qüvvədə saxlayıb. Lakin eyni zamanda İrana nüvə fəaliyyətini cilovlamağı qəbul etdiyi təqdirdə sanksiyaları ləğv etməyi də təklif edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rəisinin çıxışına ümid və xəbərdarlıq ifadəsi ilə cavab verib.
"Prezident Rəisiyə mesajımız sələflərinə mesajımızla eynidir: ABŞ milli təhlükəsizliyi və tərəfdaşlarımızın maraqlarını müdafiə edəcək" - deyə, Prays bildirib. O həmçinin əlavə edib ki, Rəisinin ABŞ sanksiyalarından azad olmaq istəyi "yeni İran hökumətinin bu diplomatiya ilə məşğul olmaq istəyinin olduğunu göstərir".
Hazırda İran iqtisadiyyatı koronavirus pandemiyası səbəbindən digər ölkələrə nisbətən daha ağır vəziyyətdədir. Tənqidçilər onilliklərdir hökumətin davam edən korrupsiya siyasəti və iqtisadiyyatın düzgün idarə edilməməsinin isə başqa bir problem olduğunu vurğulayır.
"Rəisi ölkə böyük bir böhranla üzləşdiyi bir vaxtda prezidentliyinə başlayır" - deyə, İranlı jurnalist Məsud Rafiei Taleqhani bildirir.
Taleqhani Amerikanın Səsinin Fars xidmətinə müsahibəsində Rəsinin parlamentdəki çıxışına toxunaraq bildirib ki, "bu böhranlardan biri də koronavirus pandemiyasıdır ki, Rəisi onunla necə mübarizə edəcəyini söyləmədi".
Rəisinin andiçmə mərasiminə qatılanlar arasında Əfqanıstan Prezidenti Əşrəf Qani, İraq Prezidenti Bərham Salih və Avropa İttifaqının baş katibinin xarici əməliyyatlar üzrə müavini Enrike Mora da var idi.
Moranın qarşısında isə İrana müttəfiq olan bir neçə İslamçı silahlı qrupun liderləri oturmuşdu. Onların arasında Həmas lideri İsmayıl Haniyə, Hizbullahın baş katibinin müavini Naim Qasem və Fələstinin İslami Cihadının rəhbəri Ziad əl-Naxalah da olub. Hər üç qrup ABŞ tərəfindən xarici terror təşkilatı kimi təyin edilib.