İranın İnqilab Keşikçiləri korpusunun yüksək rütbəli komandiri ədliyyə orqanlarını keçən həftə yanacaq qiymətlərinin qalxmasına etiraz olaraq keçirilən aksiyalarda iştirak edən “muzdlulara” maksimum cəza verməyə çağırıb.
“Biz Amerikaya işlədiklərini açıq şəkildə etiraf edən muzdluları ələ keçirmişik və İnşallah, ölkənin ədliyyə sistemi onlara maksimum cəzalar verəcək” – Ədliyyə Nazirliyinin Mizan veb səhifəsində İranın İnqilab Keşikçiləri Korpusunun komandir müavini, kontr-admiral Əli Fədavinin açıqlamaları yerləşdirilib.
İranın dini rəhbərləri ölkədə son onilliklər ərzində ən ciddi zorakılıqlarla müşayiət olunan iğtişaşlarda sürgündə olan şəxslər və Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanı kimi xarici ölkələrlə əlaqəsi olan “quldurları” günahlandırıb.
SEE ALSO: Amnesty International: İranda 106 etirazçı öldürülübFədavi deyib ki, etirazlar zamanı bir neçə şəxs arxadan yaxın məsafədən güllə ilə vurularaq öldürülüb. Onun bildirdiyinə görə, bu, atəş açanların insan kütlələri arasında olduğuna işarə edir.
İnsan hüquqlarını müdafiə qrupu Amnesty International bu həftə verdiyi açıqlamada təhlükəsizik qüvvələrinin inanlara damlardan və bir halda helikopterdən atəş açdığını bəyan edib.
Amnesty International iğtişaşlar zamanı azı 115 nəfərin öldüyünü bildirib. İran ölənlərin sayı ilə bağlı rəqəmləri rədd edib.
İran rəsmiləri təxminən 1000 nümayişçinin həbs edildiyini bildirib.