İranın hərbi döyüş təyyarəsi çərşənbə günü ölkənin şimal-şərqində yerləşən yatmış vulkan yaxınlığında qəzaya uğrayıb. Rəsmi medianın verdiyi məlumata görə, təyyarənin sürücüsü itkin düşüb.
Dövlət xəbər agentliyi IRNA təyyarənin MİG-29 olduğunu və yerli vaxtla səhər saat 09:00-da Savalan Dağı yaxınlığında qəzaya uğradığını bildirib.
İranda müxtəlif media orqanlarının sosial media hesablarında yayılan həvəskar videoda qarla örtülmüş dağın üzərindən tüstü çıxdığı göstərilir.
Fars xəbər agentliyi bildirib ki, təyyarə tapılıb, amma pilota dair bir iz yoxdur və ehtimal var ki, o, təyyarədən düşüb.
Pilotun axtarışı davam etdirilir. Onun İran ordusunun ən təcrübəli pilotlarından biri olan polkovnik Məhəmmədrza Rəhmani olduğu bildirilib.
“Ərdəbildə hərbi təyyarənin qəzaya uğramasının ardından regiona helikopter və xilasedici qruplar göndərilib” - deyə, İranın Qırmızı Aypara Təşkilatı vebsaytında yerləşdirdiyi bəyanatda qeyd edib.
Ordunun rəsmi vebsaytında isə deyilir ki, pis hava şəraiti xilasetmə işlərini çətinləşdirib, qar səbəbilə əraziyə daxil olmaq qeyri-mümkündür.
İranda yerləşən üçüncü ən hündür dağ hesab edilən Savalan dağında ilin müəyyən vaxtlarında gölə çevrilən krater yerləşir.