Yüzlərlə iranlı şənbə günü ölkənin müxtəlif şəhərlərində İranın İnqilab Keşikçiləri Korpusunun Ukraynanın 176 nəfər sərnişin və ekipaj üzvünü daşıyan təyyarəsini vurmasına etiraz edərək nümayişlər keçirib. Etirazlar bazar günü də davam etdirilib.
Tehranın Şərif Universitetinin tələbələri “Referendum xalqımızın xilasıdır!” şüarları səsləndiriblər.
Your browser doesn’t support HTML5
Etiraz nümayişləri təkcə paytaxt Tehranla məhdudlşmayıb. İranın şimalındakı Rəşt şəhərində etirazlar zamanı nümayişçilər İranın Ali dini rəhbəri Ayətullah Xameneyi və onun müttəfiqlərini “utanmaz” adlandırıblar.
Your browser doesn’t support HTML5
Etirazlar ilk olaraq Tehranın Əmir Kəbir və Şərif universitetlərində tələbələrin aksiyaları ilə başlayıb. İran hakimiyyəti Əmir Kəbir Universitetində keçirilən etirazlar zamanı əraziyə iğtişaş polisi yerləşdirib.
Your browser doesn’t support HTML5
Etiraz nümayişləri zamanı çəkilmiş video görüntülərdə bəzi nümayişçilərin “Rədd olsun diktator!” şüarı səsləndirdiyi eşidilir. Əmir Kəbir Universitetinin qarşısındakı etirazlar zamanı İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi “satqın” adlandırılıb.
İran azərbaycanlı kino-rejissor Cəfər Pənahinin Instagram səhifəsində yerləşdirdiyi bu video görüntüdə polisin Tehranda Əmir Kəbir Universitetinin qarşısında etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi göstərilir.
Your browser doesn’t support HTML5
Tehranda Şərif Universitetinin qarşısında isə tələbələr “Bizim lider nadandır və utanc mənbəyidir” söyləyiblər.
Amerikanın Səsi bu video görüntülərin həqiqiliyini müstəqil şəkildə yoxlaya bilməyib.